SON XƏBƏRLƏR

Daha bir “Traxtur” futbol takımı tərəfdarı həbs cəzasına məhkum edildi

2021.10.20, 07:36
Daha bir “Traxtur” futbol takımı tərəfdarı həbs cəzasına məhkum edildi

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal və “Traxtur” futbol takımı tərəfdarı Behzad Xudayarı Təbrizin inqilab məhkəməsi tərəfindən 91 gün azadlıqdan mərhum edilib.

 

Xudayarı məhkəmə tərəfindən ümumi asayişi pozmaqda suçlanıb. Buna səbəb onun Təbrizin səhənd stadionunda (stadyom) üzərində  “Marağanın ürəyinin səsi Traxtur , Yaşasın Azərbaycan” şüarı yazılmış  plakatı tutması olub.

 

Qeyd edək ki, təhlükəsizlik qüvvələri adını çəkdiyimiz azərbaycanlı fəalı şəkillər üzərindən tanıyıb və sonra onu yaxalayıblar. O,  2010-cu il mart ayının 17-i (1388-ci il isfənd ayının 26-ı) “Traxtur”la “Mis” takımı arasında keçirilən futbol müsabiqəsi zamanı sözü gedən plakatı tutub.

 

Qaynaq: http://copytaste.com/p678

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar