SON XƏBƏRLƏR

Azəbaycanlı fəal Səccad İskəndəri azadlığa buraxılıb

2021.10.20, 07:36
Azəbaycanlı fəal Səccad İskəndəri azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Bazar günü (yekşənbə günü) azərbaycanlı fəal Səccad İskəndəri mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Təxminən 30000 dollarlıq (30 milyon tümənlik) mülki vəsiqə qarşılğında azadlığa buraxılan İskəndəri keçən həftə 3-cü gün (çaharşənbə günü) tutuqlanmışdır. Belə ki, təhlükəsizlik qüvvələri Qoşaçayın Çaharbürc qəsəbəsində adını çəkdiyimiz azərbaycanlı fəalın evinə müraciət edib və evdə axtarış apardıqdan sonra onu yaxalamışdılar.

 

Xatırladaq ki, Səccad İskəndəri “Türk Qala” podratçı (peymankarı) qrupun məsuludur. O, yaxalandığı zaman “Türk Qala” qrupuna aid türkcə yazılmış sənəd, möhür və ... zəbt olunmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar