SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Saman Cahanpur həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Saman Cahanpur həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Təbrizin inqilab məhkəməsinin 4-cü şöbəsi azərbaycanlı fəal Saman Cahanpuru həbs cəzasına məhkum edib.

 

Məhkəmə Cahanpuru ictimai asayişi pozmaqda ittiham edərək 6 ay asılı (şərti, təliqi) həbs cəzasına məhkum edib.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal senyabrın 3-ü (şəhrivərin 12-i) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə tutuqlanıb. O, 2 həftə ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında ağır şəraitdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar