SON XƏBƏRLƏR

İran hərbi təlimlərə başlayıb

2021.10.20, 07:36
İran hərbi təlimlərə başlayıb

Gunaz.tv

GünAz TV: Müharibə təhlükəsi ilə üz-üzə olan İran, qərb ölkələrinə əzələ göstərir. İran Hörmüz boğazında irimiqyaslı hərbi təlimlərə start verib.

 

10 günə yaxın davam edəcəyi gözlənilən “Vilayət 90” adlı hərbi təlimlər zamanı ölkənin Hərbi Dəniz Qüvvələri İran hərbi sənayesinin ən son nailiyyətlərini, o cümlədən “Yer-hava” tipli raketləri və digər silahları sınaqdan keçirməyi planlaşdırır.

 

Təlim zonasının (məntəqə) Hind okeanının (iqyanus) şimal sularından Ədən körfəzinə kimi 2 min kilometr ərazini əhatə etdiyi bildirilir.

 

Dəniz qüvvələri admiralı Həbibullah Səyyari mətbuata verdiyi müsahibədə təlimlərin məqsədinin İran ordusunun qüdrətini və müdafiə gücünü göstərməkdən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət baxımından dünyanın 3-cü ən böyük dənizlə neft nəqli yolu hesab olunur. Bəhreyndə mərkəzləşmiş ABŞ (Amerika Birləşmiş Ştatları) dəniz qüvvələrinin “Beşinci donanması” (beşinci navqan) və dəniz quldurları ilə mübarizə aparan digər hərbi gəmilər də müntəzəm olaraq boğazın sularına daxil olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar