SON XƏBƏRLƏR

Fransada bədnam qanuna qarşı narazılıq getdikcə artır

2021.10.20, 07:36
Fransada bədnam qanuna qarşı narazılıq getdikcə artır

Gunaz.tv

GünAz TV: Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın (milli şura) qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qanun ölkədə heç də birmənalı qarşılanmayıb.

 

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı məlumata görə, həmin qanun layihəsi hadisələri düzgün qiymətləndirən sağlam düşüncəli insanların və bəzi kütləvi informasiya vasitələrinin ciddi narazılığına səbəb olub.

 

Milli Assambleya tərəfindən qəbul edilən qanuna münasibət bildirən keçmiş baş nazir Dominik de Vilpən Fransanın heç kimə dərs vermyə haqqı olmadığını qeyd edib, hər hansı qanunun yaddaşlara deyil, tarixə əsaslanaraq qəbul olunmasının vacibliyini vurğulayıb.

 

Keçmiş ədliyyə naziri Robert Badinter Milli Assambleyanın qərarının Fransa Konstitusiyasına (Anayasa) tamamilə zidd olduğunu, qanunun 2012-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı qəbul olunduğunu bəyan edib. O bildirib ki, tarix barədə nəsə demək parlamentin işi deyil, xüsusilə də məkanca çox uzaq olan bir ölkədə: “Bir əsr bundan əvvəl baş verən və hələ də tam aydın olmayan hadisə ilə bağlı düzgün olmayan qərarın çıxarılması, 1789-cu ildə insan haqları barədə qanun qəbul etmiş Fransaya heç də başucalığı gətirmir, əksinə dünyada onun nüfuzuna xələl gətirir. “Soyqırımı” məsələsi tarixçilərin öhdəsinə buraxılmalıdır. Yalnız onların araşdırmalarından sonra son ümumi nəticə haqqında fikir söyləmək mümkündür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar