SON XƏBƏRLƏR

Rejimin əlaltıları Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçiriblər

2021.10.20, 07:36
Rejimin əlaltıları Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçiriblər

Gunaz.tv

GünAz TV: Dünən bir qrup bəsici (hökumət tərəfdarları-yarımsilahlı dəstələr) və rejimin əlaltıları Azərbaycan cümhuriyyətinin Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyasi keçiriblər.

 

Etirazçılar fars və türk dillərində şüarlar səsləndirərək Azərbaycan dövlətini Bakıda keçiriləcək Eurovision 2012 müsabiqəsi zamanı məlum paradın ləğvinə çağırıblar.

 

Aksiyaya iştirakçıları həmçinin Azərbaycan dindarlarını dəstəkləyən şüarlar da səsləndiriblər.

 

“Eurovision 2012” mahnı müsabiqəsi 2012-ci il mayın 26-ı (1391-ci il xordadın 6-i) Bakıda keçiriləcək.

 

Qeyd edək ki, Bütün bu hadisələri gündəmə gətirən İran rejimi dünən Şuşanın Ermənistanm tərəfindən işğalının növbəti ildönümü günündə heç bir mitinqin keçirilməsinə icazə verməyibdir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar