SON XƏBƏRLƏR

Bakı ilə Təbriz arasında uçuşlar başlayır

2021.10.20, 07:36
Bakı ilə Təbriz arasında uçuşlar başlayır

Gunaz.tv

GünAz TV: Dekabrın (December) 31-dən etibarən İranın «Kish Air» aviaşirkəti (hava şirkəti) Təbriz-Bakı marşrutu (məsir) ilə birbaşa sərnişin aviareysini (pərvaz, uçuş) açacaq.

 

Bu barədə Heydər Əliyev Beynəlxalq hava limanı (frudqah)açıqlama verilib.

 

Hava limanından bildirilib ki, sözügedən marşrut üzrə uçuşlar hər həftənin II və VI günlər yerinə yetiriləcək ki, Bakıdan Təbrizə uçuş saat 18:45-də həyata keçiriləcək: «Bakı-Təbriz marşrutuna bir biletin qiyməti 89 manat, hər iki istiqamətdə isə 175 manat təşkil edir».

 

Qeyd edək ki, hazırda Azərbaycanla İran arasında yalnız Bakı-Tehran aviareysi üzrə uçuşlar yerinə yetirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar