SON XƏBƏRLƏR

Haşimi Rəfsəncaninin qızı məhkəmə qarşısına çıxarılıb

2021.10.20, 07:36
Haşimi Rəfsəncaninin qızı məhkəmə qarşısına çıxarılıb

Gunaz.tv

GünAz TV: Sabiq İran prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı rejim əleyhinə təbliğat aparması ittihamları ilə məhkəməyə çıxarılıb.

 

Faizə Haşimi 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz məqsədi ilə keşirilən bir neçə aksiyada (yürüş) iştirak etdiyinə görə həbs olunmuş, daha sonra isə azadlığa buraxılıb.

 

Faizə Haşiminin vəkili Qulaməli Riyahinin dediyinə görə, məhkəmə Faizə xanımı rejim əleyhinə qarşı təbliğat aparmaqda təqsirləndirib. Faizə və vəkili məhkəmədə özlərini müdafiə edib. “3 gün ərzində biz əlavə müdafiə mətnini məhkəməyə təqdim edəcəyik, ondan sonra isə onların qərarını gözləyəcəyik”- vəkil bildirib.

 

Qeyd edək ki, Faizənin atası ruhani lider və İranın iki dəfə prezidenti olmuş Rəfsəncani 2009-cu ildə keçirilən  seçkilərdə Əhmadinejada rəqib olan Musəvini dəstəkləmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar