SON XƏBƏRLƏR

Güney Azərbaycanın Miyana məntəqəsində cinayətkarlıq artıbdır .

2021.10.20, 07:36
Güney Azərbaycanın Miyana məntəqəsində cinayətkarlıq artıbdır .

Gunaz.tv

 

 Güney Azərbaycanın Miyana məntəqəsində cinayətkarlıq artıbdır . Günaz Tv  saytının əldə etdiyi məlumatına görə  Miyananın Türkəmənçay bəxşində Bostanabad Universitetinin Bilgisayar bölmənin məzunu  Şəhran Şəlimi Türkmanidən 3 gündür xəbər yoxdur. O , müəmmalı şəkildə şəxsi avtomobili ilə yoxa çıxmışdır və mobil telefonunu söndürülmüşdür. Şəhər əhalisi  bu gənci axtarışına başlayıbdır və  2 günlük axtarışdan sonra Qərəçəmənlə Həşturud yolunda Şəhrana aid   bank kartı və kitabı tapılmışdır.

    Daha əvvəl də  belə itkilər barədə  Günaz TV saytına məlumatlar gəlmişdi. Türkəmənçayın Göydərə kəndində  3-4 yaş arasında olan bir uşaq da yoxa çıxmışdır.  Bundan əlavə ötən aylarda  Miyana məntəqəsində avtomobillərin qarət edildiyi xəbərləri də gəlmişdi. Bu qədər cinayyətlərə əmniyyət qüvvələri laqeyid yanaşmaqları azmış kimi  cinayətkarlar haqda məlumat vermirlər, hətta bu və ya başqa cinayətlərə göz yumurlar. Miyana məntəqsinin camaat arasında gəzən  məlumatlara görə bu cinayətləri   peşakar cinayətkar qrup tərəfindən törənir.

    Biz belə nəzər edirik ki,   bu olayalarla  Urmiya şəhərindəki  insanların itməsi ilə bir bağlılığı  vardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar