SON XƏBƏRLƏR

Bu gün Moskvada müxalifətin mitinqi gözlənilir

2021.10.20, 07:36
Bu gün Moskvada müxalifətin mitinqi gözlənilir

Gunaz.tv

GünAz TV: Rusiya müxalifətinin bu gün Moskvanın mərkəzi prospektlərdən (xiyaban) birində keçirmək istədiyi mitinqə ciddi hazırlıq işləri gedir.

 

Bu barədə "Yeni Müsavat"ın Rusiya paytaxtında olan əməkdaşı Tofiq Yaqublu xəbər verib.

 

Onun sözlərinə görə, mitinqi təşkil edənlərlə yanaşı RF hakimiyyəti və Moskva meriyası (şəhrdari) da mitinqə ciddi hazırlaşır: ""Mitinqin başlanmasına saatla qalsa da, artıq indidən yüzlərlə polis dolu maşınlar Saxarov prospektinə gətirilib. Mitinqin keçiriləcəyi meydan qardan, buzdan tamamilə təmizlənib. Meydanın bir kənarında çoxlu səyyar tualetlər quraşdırılıb. Mitinqi idarə edənlər üçün səhnə hazırlanıb və onun yaxınlığında qızdırıcılarla təmin olunmuş çadırlar açılıb. Meydana gələnlərin yoxlanılıb buraxılması üçün meydana aparan keçidlərdə detektor məntəqələri fəaliyyət göstərəcək. İnsanlar mitinqə yoxlanılıb buraxılacaq ki, hər hansı bir təxribat hadisəsi baş verməsin.

 

T.Yaqublunun sözlərinə görə, mitinqə hazırlıq işləri ilə tanış olduqca bu qənaətə gəlmək olar ki, Rusiya hakimiyyəti nə dərəcədə avtoritarizmə (istibdada) meylli olsa da, hər halda qanunun tələblərinə riayət etməyə çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar