SON XƏBƏRLƏR

Suriya hökumətinə növbəti zərbə Kanadadan gəldi

2021.10.20, 07:36
Suriya hökumətinə növbəti zərbə Kanadadan gəldi

Gunaz.tv

GünAz TV: Kanada hökuməti bu ölkənin banklarında olan Suriyanın 33 dövlət xadimlərinə və 10 dövlət şirkətinə məxsus vəsaitləri dondurub.

 

Bu barədə Kanadanın xarici işlər naziri Con Berd məlumat verib. O hansı məbləğdən söhbət getdiyini dəqiqləşdirməyib.

 

Aktivlərin dondurulması ilə bərabər Kanada Suriyadan ərzaq istisna olmaqla, digər məhsulların idxalına qadağan qoyub.

 

Həmçinin Kanada şirkətlərinə Suriya iqtisadiyyatına sərmayə yatırmaq və ora avadanlıq (təchizat) ixrac etmək qadağan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar