SON XƏBƏRLƏR

Suriyada kəşfiyyat idarələri partladıldı, onlarla ölü var

2021.10.20, 07:36
Suriyada kəşfiyyat idarələri partladıldı, onlarla ölü var

Gunaz.tv

GünAz TV: Suriyanın paytaxtı Dəməşqdə kəşfiyyat qurumlarının binalarını hədəfə alan hücumlar yer alıb. İki hücumda 40 adamın öldüyü, ən azı 100 adamın da yaralandığı açıqlanıb.

 

Ölən və yaralananların əksəriyyətinin dinc əhali olduğu bildirilir. Hücumların şəhərdə yerləşən kəşfiyyat binalarından ikisinə qarşı təşkil edildiyi xəbər verilib. İddialara görə, hücumlar bomba yüklənmiş maşınlar vasitəsilə həyata keçirilib.

 

Hücumları Suriya dövlət televiziyası da təsdiqləyib. Suriya dövlət televiziyasının xəbərində bildirilir ki, baş kəşfiyyat idarəsinin binası və kəşfiyyat şöbəsini hədəf alan iki hücum təşkil edilib, ilkin təhqiqat nəticəsində «terror əməllərinin «əl-Qaidə» təşkilatı ilə əlaqəli» olduğu üzə çıxıb.

 

Hücumların Ərəb Birliyi müşahidə heyətinin Dəməşqə gəldiyi gün baş verməsi diqqət çəkib. Müşahidəçilər Dəməşqdə yaşanan partlayışlardan sonra əraziyə gələrək araşdırma aparıblar. «Ma'an» informasiya agentliyi xəbər verib ki, Ərəb Birliyinin müşahidəçiləri Suriyada baş verən hadisələrdən az əvvəl Dəməşqə çatıbmış. Müşahidə heyəti burada 150 nəfərdən ibarət geniş heyətin gəlməsindən əvvəl hazırlıq işləri görəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar