SON XƏBƏRLƏR

İsveçrə İrana qarşı sanksiya (təhrim) qoydu

2021.10.20, 07:36
İsveçrə İrana qarşı sanksiya (təhrim) qoydu

Gunaz.tv

 GünAz TV: Dekabrın (December) 23-də İsveçrə hökuməti rəsmi bəyanat yayaraq İranın 180 fiziki və hüquqi şəxsinə sanksiya (təhrim)  qoyduğunu bildirib.

 

İsveçrə hökuməti sanksiyaların Avropa Birliyinin sanksiyaları və digər beynəlxalq sanksiyalarla əlaqədar olduğunu bəyan edib. Bəyanatda bildirilir ki, dekabrın 23-dən qüvvəyə minəcək sanksiyalara görə, İranın 180 fiziki və hüquqi şəxsinin İsveçrədəki əmlakı və bank hesabları dondurulacaq. Sanksiyaya məruz qalanların adları hələlik açıqlanmır. Bu barədə “Media forum” saytı məlumat yayıb.

 

İsveçrə hakimiyyəti noyabrın (November) 18-də İrana qarşı iqtisadi məhdudiyyətləri gücləndirərək İranın 111 şirkətinə və 5 İran vətəndaşına sanksiya qoymuşdu. Sanksiyaya məruz qoyulanların siyahısına İranın Atom Enerjisi Təşkilatının bir neçə nümayəndəsinin adları da daxil edilmiş və onların İsveçrədəki vəsaitlərinin dondurulması nəzərdə tutulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar