SON XƏBƏRLƏR

Əhmədinejadın Ermənistana səfəri başlayıb

2021.10.20, 07:36
Əhmədinejadın Ermənistana səfəri başlayıb

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri başlayıb.

 

Əhmədinejad artıq Ermənistan prezidenti ilə görüşüb. Onlar regional (bölgəsəl) və beynəlxalq siyasət məsələlərini müzakirə ediblər. Görüş Ermənistan prezidentinin iqamətgahında keçirilib. Bu barədə İranın İRNA agentliyi xəbər verib.

 

Əhmədinejadın Ermənistana rəsmi səfəri cəmi bir gün davam edəcək. Bu müddət ərzində İslam Cümhuriyyətinin prezidenti Ermənistanın baş naziri və parlamentinin sədri ilə görüşəcək.

 

Tərəflər yol tikintisi, o cümlədən avtomobil və dəmir yolu nəqliyyatı, eləcə də İrandan Ermənistana neft məhsullarının tranzitini müzakirə ediblər.

 

İranla Ermənistan arasında mal dövriyyəsi 2010-cu ildəki 270 milyondan dollardan 2011-ci ildə 300 milyon dollar olub.

 

Bu, Əhmədinejadın Ermənistana 2007-ci ildən sonra ilk səfəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar