SON XƏBƏRLƏR

ATƏT rəsmisi Dunya Miyatoviç Fransanın qərarını pislədi

2021.10.20, 07:36
ATƏT rəsmisi Dunya Miyatoviç Fransanın qərarını pislədi

Gunaz.tv

GünAz TV: Dunya Miyatoviç bildirib ki, “Fransa parlamentinin qəbul etdiyi qanun söz və fikir azadlığına dair beynəlxalq standartlarla ziddiyyət təşkil edir.”

 

ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı)  söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Fransa parlamentinin aşağı palatasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul etməsindən narahatlıq ifadə edib.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Dunya Miyatoviç bildirib ki, bu qanun dəyişikliklərinin qəbulu söz və fikir azadlığına dair beynəlxalq standartları ilə ziddiyyət təşkil edir.

“Bundan başqa bu addım beynəlxalq səviyyədə ictimai Debatların (münazirə) kriminallaşmasına (cinayi) dair örnək yarada bilər. Debatların kriminallaşması - istər tarixi hadisələr, istər hansısa millətin faciəli anları ilə bağlı yalan ittihamlar olsun – ATƏT üzvü ölkələrdə insanlar, cəmiyyətlər və hakimiyyətlər arasında qarşılıqlı anlaşmaya müsbət təsir göstərmir”.

 

Dunya Miyatoviç bildirib ki, Fransada bu qanunun qəbulu digər ölkələri də oxşar addımlar atmağa vadar edə bilər və dövlətlər ATƏT qarşısında götürdükləri öhdəlikləri pozmaqla tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq edə bilərlər.

 

 Xatırladaq ki, dünən Fransa Milli Assambleyası (milli şura) qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul edib. Qanun Senatda təsdiqlənsə, qondarma “erməni soyqırımı”nı inkar edən şəxsləri bir il müddətinə həbs cəzası və 45 min avro cərimə gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar