SON XƏBƏRLƏR

Hollandiya parlamenti erməni uydurmasını rədd etdi

2021.10.20, 07:36
Hollandiya parlamenti erməni uydurmasını rədd etdi

Gunaz.tv

GünAz TV: Hollandiya Sosialist Partiyasından (SP) olan millət vəkili Harri van Bommelin hazırladığı və qondarma "erməni soyqırımı"nın rəsmən tanınmasını nəzərdə tutan qətnamə layihəsi ölkə parlamenti tərəfindən rədd olunub.

 

Bommel gələn il 400 illiyi qeyd ediləcək Hollandiya-Türkiyə münasibətlərinin bayram edilməsindən öncə rəsmi Ankaranın "demokratikləşməsi, kürd problemini həll etməsi" və ən başlıcası, uydurma "erməni soyqırımı"nı tanımasını istəyirdi. Bu barədə Milli.Az xəbər portalı "European"a istinadən xəbər yayıb.

 

Qətnamə layihəsini ifrat sağçı Müstəqillik Partiyası (PVV), Yaşıl Sol (GL), Xristian (məsihi) İttifaqı (CU) və İslahatçı Dövlətçi  (SGP) partiyaları dəstəkləyiblər. Lakin Liberal, Xristian Demokratlar, Fəhlə və Demokratlar partiyalarından olan 66 deputatın (millət vəkili) "yox" cavabı qətnamənin rədd edilməsinə səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar