SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların evində axtarış aparılıb, Səccad İskəndəri tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəalların evində axtarış aparılıb, Səccad İskəndəri tutuqlanıb

Gunaz.tv

GünAz TV: Dünən təhlükəsizlik qüvvələri Qoşaçayın (Miyandoab) Çaharbürc şəhərində milli-mədəni fəalların evində axtarış aparıblar.

 

Hökumət qüvvələri bir neçə milli-mədəni fəalın evinə müraciət edərək ailə üzvlərinə hədə-qorxu gəlib və evlərdə axtarış aparıblar. Məmular,  Axtarış nəticəsində bir neçə kitab, afişa (puter), əlyazma və bir sıra şəxsi əşyanı özləri ilə aparıblar.

 

Axtarış keçirilən zaman azərbaycanlı fəallar evdə bulunmadıqları səbəbindən yalnız bir nəfəri yaxalamağa nail olublar. Tutuqlanan Səccad İskəndəri “Türk Qala” podratçı (peymankarı) qrupun məsuludur. O, yaxalandığı zaman “Türk Qala” qrupuna aid türkcə yazılmış sənəd, möhür və ... zəbt olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar