SON XƏBƏRLƏR

Mehdi Həmidi Şəfiq və Tağı Sələhşurun həbs qərarının müddəti uzadılıb

2021.10.20, 07:36
Mehdi Həmidi Şəfiq və Tağı Sələhşurun həbs qərarının müddəti uzadılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Mehdi Həmidi Şəfiq və Tağı Sələhşur barədə çıxarılan həbs qərarının müddəti məhkəmə tərəfindən uzadılıb.

 

Yeni qərar dekabrın 6-ı (azərin 15-i) Təbriz inqilab məhkəməsindən Təbrizin mərkəzi zindanına elan olunub.

Yeni qərara görə, Mehdi Həmidi Şəfiq və Tağı Sələhşurun həbs qərarı 2012-ci il yanvarın 5-nə (1390-cı il deyin 15-nə) qədər uzadılıb.

 

Xatırladaq ki, Həmidi Şəfiq və Sələhşur avqustun 24-ü (şəhrivərin 2-i) iftar mərasimi zamanı daha 27 nəfərlə birlikdə tutuqlanıblar. Onlarla birlikdə tutuqlanan milli-mədəni fəallar keçən günlərdə mülki vəsiqə qarşılığında azadlığa buraxılsalarda, hələlik adını çəkdiyimiz azərbaycanlı fəalların azadlığı naməlum səbəbdən təmin edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar