SON XƏBƏRLƏR

Meksikadan Ermənistan və Parisi şok edəcək qərar

2021.10.20, 07:36
Meksikadan Ermənistan və Parisi şok edəcək qərar

Gunaz.tv

Meksikadan Ermənistan və Parisi şok edəcək qərar

Fransa Məclisinin 'sözdə Erməni soyqırımı iddialarını inkar edənlərə həbs cəzası təklif edən' qanun qanununu qəbul etməyə çalışdığı bir sırada Meksika Konqresi Ermənistanı və Parisi şok edəcək bir qərar qəbul etdi.

Meksika Konqresi, silahlı Erməni güclərinin Azərbaycanın xocalı  şəhərində etdikləri qırğını qınayan bir qərar qəbul etdi. Meksika, Xocalı qırğınını', 'soyqırım' xüsusiyyətində qiymətləndirdi.

Azərbaycan Apa Agentliyi tərəfindən Azərbaycan Xarici işlər nazirliyinə söykənilərək verilən xəbərdə, Meksika Konqresinin, 'Ermənilərin Azərbaycanın torpaqlarının yüzdə 20ini hələ işğal altında tutduğu, bir milyona yaxın insanın mühacir vəziyyətində olduğu, tərəflər arasında atəşkəs olmasına baxmayaraq Ermənistanın bunun pozduğu və Azərbaycan xalqına hələ zərər verdiyi' şəklində bir qınama mətnini qəbul etdiyi ifadə edildi.

Meksika Konqresi qınamasında, Erməni silahlı qüvvətlərin tərəfindən kategorik olaraq edilən işğalda xüsusilə Xocalıda işlənən qırğının soyqırım xüsusiyyətində olduğunu vurğulandı.

Ayrıca Meksikanın, Erməni hökumətindən, Birləşmiş Millətlər qərarları çərçivəsində işğal etdiyi Azərbaycan torpaqlarından əsgərlərini çəkməsini istədiyi də köçürüldü.

26 Fevral 1992-ci ildə Ermənilər tərəfindən 83ü uşaq və 106ı qadın olmaq üzrə cəmi 613 adam Xocalıda  öldürülmüşdü. Bölgədə min 275 Azərbaycanlı vətəndaşı adam əsir düşmüş və 150 adam isə hələ itkin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar