SON XƏBƏRLƏR

Suriyada bir şəhər müxaliflərin əlinə keçdi, qanlı döyüşlər gedir

2021.10.20, 07:36
Suriyada bir şəhər müxaliflərin əlinə keçdi, qanlı döyüşlər gedir

Gunaz.tv

GünAz TV: Suriyada bu ilin martından (March) davam edən hakimiyyət-müxalifət qarşıdurmasında ilk dəfə olaraq nümayişçilər bir şəhəri ələ keçiriblər.

 

Rusiya mətbuatının yaydığı məlumata görə, Suriya Azadlıq Ordusunun ələ keçirdiyi Cebel-əz-Zəviyə şəhəri ətrafında qanlı döyüşlər gedir. Tezliklə hökumət qüvvələrinin Cebel-əz-Zəviyəni geri qaytara bilməyəcəyi təqdirdə oranın "müxalifətin paytaxtı" elan olunacağı gözlənilir.

 

Daha bir xəbərə görə, minlərlə əsgər və zabit (əfsər) Suriya ordusunu tərk edərək qaçır. Artıq ölkədə müxtəlif hərbi hissələri 10 minədək hərbçinin özbaşına tərk etdiyi məlumdur. Onlar nümayişçilərə güllə atmaq istəmir və bu üzdən də "aradan çıxırlar".

 

Ordudan qaçan hərbçilərin arasında müxalifətçilər tərəfə keçənlər və hökumət qüvvələrinə qarşı döyüşənlər də var. Onları "Suriya azadlıq ordusu" adlandırırlar. "Suriya azadlıq ordusu"na müxalifətin tərəfinə keçmiş polkovnik (sərhəng) Riyad Susa Əsəd başçılıq edir.

 

Onlar hökumət qüvvələrilə toqquşma zamanı qarşı tərəfin silahlarını ələ keçirməklə yanaşı, bəzi ölkələrdən qaçaqmalçılıq yolu ilə də silah-sursat əldə edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar