SON XƏBƏRLƏR

Beynəlxalq təşkilat qondarma erməni soyqırımı ilə bağlı Fransaya qarşı çıxdı

2021.10.20, 07:36
Beynəlxalq təşkilat qondarma erməni soyqırımı ilə bağlı Fransaya qarşı çıxdı

Gunaz.tv

GünAz TV: Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz reportyorlar (quzarişgərlər)” beynəlxalq media təşkilatı Fransa Senatının “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etmək təşəbbüsünü pisləyib.

 

Qanun layihəsinə əsasən, “erməni soyqırımı”nı inkar edənlər cinayət məsuliyyətinə cəlb olunaraq 45 min avro cərimə və ya bir il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

“Sərhədsiz reportyorlar”ın nümayəndəsi Yohan Birin “Turan” agentliyinə deyib ki, hələ mayda - qanun layihəsi yenicə müzakirəyə çıxarılanda təşkilat bəyanat verərək bu addımın yolverilməz olduğunu vurğulayıb: “Bu layihə vətəndaşların şəxsi azadlığını şübhə altına alır. Soyqırımının inkarına aid digər qanunlar kimi o da ifadə və fikir azadlığının müdafiəsi prinsipini pozur. Tarixə baş vurmaq yerinə Senat dialoq qurulması haqqında düşünməli idi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar