SON XƏBƏRLƏR

Sabah İran prezidenti Ermənistana gedəcək

2021.10.20, 07:36
Sabah İran prezidenti Ermənistana gedəcək

Gunaz.tv

GünAz TV: İran Prezidenti Mahmud Əhmədinejad sabah İrəvana səfər edəcək. Bu barədə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan məlumat verib.

 

Onun sözlərinə görə, səfər Ermənistan Prezidenti Serj Sarkisyanın dəvəti ilə baş tutacaq.

 

Arakelyan onu da deyib ki, İran prezidentinin səfəri bir neçə ay əvvəl olmalı idi, lakin tərəflər imzalamaq üçün nəzərdə tutulmuş sənədləri hazırlamağa vaxt tapmadığı üçün səfər təxirə salınmışdı.

 

Səfir onu da deyib ki, İran prezidentinin səfəri İranla Ermənistan arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar