SON XƏBƏRLƏR

İran təyyarələrinə yanacaq verilmir

2021.10.20, 07:36
İran təyyarələrinə yanacaq verilmir

Gunaz.tv

GünAz TV: “İranAir” in icraçı direktoru Fərhad Pərvəriş jurnalistlərə açıqlamasında Avropanın bir sıra aeroportlarında (frudqah, hava limanı) İranın sərnişin təyyarələrinə yanacaq verilmədiyini deyib.

 

Fərhad Pərvəriş qeyd edib ki, “İranAir”in sərnişin təyyarələrinə yanacaq verilməməsi beynəlxalq sanksiyalarla (təhrim) əlaqədardır: “Hazırda “İranAir” aviasiya (həvanəvərdi, havacılıq) şirkəti dünyanın 33 yerinə uçuş təşkil edir. Lakin İrana qarşı sanksiyalar gücləndirildikdən sonra Avropa ölkələrindəki 13 aeroport təyyarələrimizə yanacaq verməkdən imtina edir. Sərnişin təyyarələrimizə yanacaq verilməməsinə baxmayaraq biz Avropa ölkələrinə uçuşları dayandırmamışıq.

 

Misal üçün, biz Almaniyanın üç şəhərinə - Frankfurt, Hamburq və Kölnə uçuşlar təşkil etsək də, bu şəhərlərin aeroportları bizə yanacaq vermir. Həmçinin Böyük Britaniyanın London aeroportu da bizə yanacaq verməkdən imtina edir”. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar