SON XƏBƏRLƏR

Pentaqon İrana hərbi zərbə endirə biləcəklərini bildirdi

2021.10.20, 07:36
Pentaqon İrana hərbi zərbə endirə biləcəklərini bildirdi

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İranın nüvə silahını əldə etməsinə mane olmaq üçün bütün vacib tədbirləri görəcək.

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Leon Panetta “CBS” teleşirkətinə müsahibəsində bildirib.

Panetta jurnalistin İranın nüvə silahını yaratdığı barədə məlumatların təsdiqini tapdığı təqdirdə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Tehranın nüvə obyektlərinə (atom təsisatı) zərbə vurub-vurmayacağı sualına müsbət cavab verib. Pentaqon şefinin iddiasına görə, İran nüvə silahını 1 il ərzində əldə edə bilər.

Qeyd edək ki, dekabrın (December) 12-də İsrailin müdafiə naziri Exud Barak da bəyanatla çıxış edərək İranın nüvə silahı əldə edə bilməməsi üçün “təcili, iflicə səbəb olacaq sanksiyaların (təhrim)” tətbiq edilməsini istəyib.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata hazırlaşdığı barədə məlumatlar artıq xeyli müddətdir KİV-də (Ketləvi İnformasiya Vasitələri) müzakirə olunur. Bu məlumatlar MAQATE-nin İranın nüvə silahı yaratmağa yaxınlaşması ilə bağlı hesabatından sonra ortaya çıxıb.

Sənədin təqdim edilməsindən öncə Böyük Britaniya mətbuatı Londonun ABŞ-ın İrana qarşı hərbi əməliyyatına dəstək planı hazırladığını yazıb. Elə həmin Britaniya mətbuatında o da iddia olunurdu ki, İsrail İrana dekabrın 25-də zərbə endirə bilər.

O zaman Panetta hərbi əməliyyat planından çəkinməyə çağıraraq bunun gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini vurğulamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar