SON XƏBƏRLƏR

Qanun Azərbaycan-Fransa Əlaqələrinə Təsir edə bilər

2021.10.20, 07:36
Qanun Azərbaycan-Fransa Əlaqələrinə Təsir edə bilər

Gunaz.tv

Qanun Azərbaycan-Fransa Əlaqələrinə Təsir edə bilər

1915 hadisələriylə əlaqədar Erməni iddialarının rəddinin cinayət sayılmasını nəzərdə tutulan qanun təklifi Azərbaycan-Fransa əlagələrini təsir edə bilər.

Azərbaycan Milli Məclis Başçı Köməkçisi Ziyafət Askerov, 1915 hadisələriylə əlaqədar Erməni iddialarının rəddinin cinayət sayılmasını nəzərdə tutan qanun təklifinə reaksiya verərək, Fransa Parlamentinin tutumunun Azərbaycan-Fransa əlaqələrini təsir edə biləcəyini söylədi.

Azərbaycan Milli Məclisində jurnalistlərə şərhdə olan Askerov, söz mövzusu səs verməyi ''absurd'' olaraq qiymətləndirərək, ''Bu hadisə Fransa və Türkiyə arasındakı əlaqələr baxımından gözəl bir nəticə vəd etmir'' dedi.

Askerov, Ermənilərin Fransa və Türkiyə əlaqələrinin pis olmasından faydalanaraq qazanc əldə etməyə çalışdığını irəli sürdü.

Türkiyəyə təzyiq tətbiqin heç bir məntiqə sığmadığını və beynəlxalq normalara uyğun gəlmədiyini ifadə edən Askerov, bu səbəblərdən ötəri vəziyyəti qınadığını ifadə etdi.

Askerov, Fransa Parlamentinin qərarı qəbul etməsi vəziyyətində bunun "Azərbaycan-Fransa əlaqələrini təsir edə biləcəyini" söylədi.

Askerov ayrıca qanunun Fransa Parlamentində görüşülməsi və qəbul edilməsinin Fransa demokratiyasına təhqir olduğunu sözlərinə əlavə etdi.

Kənar yandan Azərbaycanda fəaliyyətlərini icra edən bəzi vətəndaş cəmiyyət təşkilatları da nəşr etdikləri ortaq məlumatda, Fransa Parlamentini qınadı.

Mesajda, qanunun Fransa Parlamentində qəbul edilməsi vəziyyətində yalnız Türkiyə-Fransa əlaqələrinin deyil Azərbaycan-Fransa əlaqələrinin mənfi təsirlənəcəyi ifadə edildi.

Mesajda ayrıca Fransanın Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı (AGİT) MİNSK Qrupu eşbaşkanlığına ''kölgə'' salacağı qeyd edildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar