SON XƏBƏRLƏR

Vaşinqton İranda yaxalanan vətəndaşının dərhal azad edilməsini istəyib

2021.10.20, 07:36
Vaşinqton İranda yaxalanan vətəndaşının dərhal azad edilməsini istəyib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti bəyanat yayaraq İranda casusluq ittihamı ilə tutulan İran əsilli vətəndaşı Əmir Mirzə Hikmətinin dərhal azadlığa buraxılmasını tələb edib.

İran mediası dekabrın (December) 17-də Əmir Mirzə Hikmətinin tutulması ilə bağlı məlumat yayıb. Dekabrın 18-də isə İran dövlət televiziyası həmin şəxsin casus olması ilə bağlı etiraflarını əks etdirən bir videolent yayıb.

Dekabrın 19-da jurnalistlərə açıqlama verən Ağ evin sözçüsü Viktoriya Noland ABŞ (Amerika Birləşmiş Ştatları) vətəndaşına irəli sürülən casusluq ittihamını rədd edib: “Biz İran hökumətindən İranda mənafeyimizi qoruyan İsveçrə səfirliyinin Əmir Mirzə Hikməti ilə yaxından görüşüb danışmasına icazə verməsini və onun dərhal azadlığa buraxılmasını tələb edirik”.

Əmir Mirzə Hikmətini ABŞ kəşfiyyatına işləməkdə günahlandıran İran dövlət televiziyası bildirib ki, o, İran Kəşfiyyat Nazirliyinə (ETTELAAT) nüfuz etmək və İran rəsmilərinə səhv məlumatlar vermək üçün Əfqanıstandan İrana gələndən sonra tutulub.

Əmir Mirzə Hikmətinin ABŞ-da yaşayan atası Əli Hikmət isə dekabrın 19-da jurnalistlərə açıqlamasında oğluna qarşı irəli sürülən casusluq ittihamını rədd edib: “Oğlum heç vaxt ABŞ kəşfiyyatına işləməyib. O, əvvəllər ABŞ dənizçiləri arasında ərəb dili tərcüməçisi işləyib və 4 ay əvvəl sadəcə olaraq nənəsini görmək üçün İrana səfər edib. Oğlum casus deyil. Onun haqqında deyilənlərin hamısı ağ yalandır”. media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar