SON XƏBƏRLƏR

Əsədin müxalifləri ölkəyə hərbi müdaxiləyə razıdır

2021.10.20, 07:36
Əsədin müxalifləri ölkəyə hərbi müdaxiləyə razıdır

Gunaz.tv

GünAz TV: Suriyada müxalifətin Bəşər Əsəd rejiminə alternativ yaratdığı Suriya Milli Şurası xarici qüvvələrin ölkəyə hərbi müdaxiləsinə razıdır.

 

bunu şuranın başçısı Burhan Qaliun bildirib. O, aylardır hakim rejimlə davam edən qanlı toqquşmalara son qoyulması üçün beynəlxalq qüvvələrin Suriyaya hərbi müdaxiləsinə ehtiyac yarandığını düşünür. Bu barədə Milli.Az xəbər portalı ABC-yə istinadən xəbər yayıb.

 

"Əsəd rejiminin nümayişçilərə qarşı amansız davranışı davam edərsə, biz ərəb ölkələrinə müraciət edəcək, hərbi dəstək istəyəcəyik", - deyə Qaliun bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar