SON XƏBƏRLƏR

Casus Təyyarə Böhranında yeni İnkişaf

2021.10.20, 07:36
Casus Təyyarə Böhranında yeni İnkişaf

Gunaz.tv

 

Casus Təyyarə Böhranında yeni İnkişaf

İran, 4 Aralıq/dekabrda torpaqları üzərində salınan ABŞ yə aid casus təyyarə mövzusu beynəlxalq platformaya daşıdı.

İran, 4 Aralıq/dekabrda torpaqları üzərində salınan ABŞ yə aid casus təyyarənin, İran hava sahəsini pozduğunu təkrarladı, mövzunu beynəlxalq platformalara daşıdı.

İran Xarici işlər Naziri Əli Əkbər Salehi, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər və Əlaqəsizlər qrupuna məktub göndərdiklərini açıqladı.

Salehi, dövlət televiziyada nəşr olunan şərhində, "Casus təyyarə iran hava sahəsini pozmuşdur. Bu təcavüzkar bir hərəkət olaraq hesab edilməkdədir" dedi.

Amerikan casus təyyarəsi, hələ də İranın əlində. Vaşinqton və NATO, çox ziyan görməyən təyyarənin salınmadığını, qəza üzündən düşdüyünü müdafiə edir və qaytarmasını istəyir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar