SON XƏBƏRLƏR

Rusiya şirkəti İranlı nazirin açıqlamasını təkzib etdi

2021.10.20, 07:36
Rusiya şirkəti İranlı nazirin açıqlamasını təkzib etdi

Gunaz.tv

GünAz TV: Rusiyanın Tatarıstan Cümhuriyyətinin “Tatneft” şirkəti dekabrın (December) 19-da bəyanat yayıb.

Bəyanatda İranın neft naziri Qasım Süleymaninin açıqlaması təkzib olunur, bu şirkətin İranla müqavilə bağlamadığı deyilir.

“Tatneft”in bəyanatı Tatarıstan prezidenti Rüstəm Minnixanovun İrana səfərindən və bu ölkə rəsmiləri ilə görüşündən bir gün sonraya təsadüf edib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, bəyanatda deyilir ki, “Tatneft” şirkəti İranla əməkdaşlıq üçün hər hansı müqavilə bağlamayıb, İranın neft və qaz yataqlarını genişləndirmək üçün hər hansı öhdəlik üzərinə götürməyib.

İranın neft naziri Qasım Süleymani dekabrın 18-də jurnalistlərə açıqlamasında İranın Buşehr əyalətinin yaxınlığındakı “Zağə” neft yatağının genişləndirilməsi üçün Tatarıstanın “Tatneft” şirkəti ilə birgə əməkdaşlığa dair müqavilə imzalandığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar