SON XƏBƏRLƏR

İran parlamentinin millət vəkilindən sayaqlama: “Azərbaycan torpaqları İrana aiddir”

2021.10.20, 07:36
İran parlamentinin millət vəkilindən sayaqlama: “Azərbaycan torpaqları İrana aiddir”

Gunaz.tv

GünAz TV: İran parlamentinin Urmudan olan millət vəkili Nadir Qazipur Azərbaycan Respublikasına (Cümhuriyyəti) ərazi iddiasında bulunub.

Qazipur “Fars” xəbər agentliyinə açıqlamasında iddia edib ki, “Tarixi müqavilələr nəzərdən keçirilərsə, Azərbaycan torpaqlarının İrana birləşdirilməsi zərurəti yaranacaq”.

O əlavə edib ki, Azərbaycanda hələ də anti-İran siyasəti aparılır: “Əgər Azərbaycan sionistlərin yanında yer alaraq İran millətinə qarşı qəsdin iştirakçısı olarsa, onda Azərbaycan əsilli millət vəkilləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəklər. Azərbaycan Cümhuriyyəti bir neçə ildir müstəqilliyini qazanıb. Sənədlərə baxdıqda bu torpaqların İrana aid olduğu ortaya çıxır. İndiyə qədər Azərbaycanın müsəlman xalqının xətrinə susmuşuq.”

Qeyd edək ki, İran rejimi Azərbaycan Cümhuriyyəti əleyhinə müəyyən şəxsləri danışdırmaq, onların vasitəsi ilə ölkənin məkrli mövqeyini ortalığa qoymağa alışqandır. Rejim bu şəkildə siyasi müdaxilədən daha çox ideologiya cəbhədə savaşır və bununlada Güney və Quzey Azərbaycan arasında ziddiyyətin əsasını qoymağa çalışır. Yalnız Azərbaycan xalqı fars şövinizmini tanıdıqca onların bu siyasəti öz təsirini itirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar