SON XƏBƏRLƏR

Türk ordusu 20 PKK terrorçusunu məhv edib

2021.10.20, 07:36
Türk ordusu 20 PKK terrorçusunu məhv edib

Gunaz.tv

GünAz TV: Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayəti ərazisində təxminən 20 PKK terrorçusunun məhv edildiyi bildirilir.

Təhlükəsizlik qüvvələri bir neçə gündür Diyarbəkir vilayətinin Diclə rayonu ərazisindəki Görəsə dağında əməliyyat keçirir. Bu barədə APA Türkiyə mətbuatına istinadən xəbər yayıb.

Dağdakı mağaralarda qışı keçirmək üçün hazırlıq görən terrorçu qrup pilotsuz (xələbansız) təyyarə tərəfindən aşkarlandıqdan sonra ərazidə əməliyyat başlayıb. Jandarma və polisin xüsusi təyinatlı qüvvələrinin apardığı əməliyyatda indiyədək 20 terrorçunun öldürüldüyü xəbər verilir. Dağda təxminən 50 terrorçunun olduğu təxmin edilir.

Rəsmi orqanlar əməliyyat bitdikdən sonra geniş açıqlama veriləcəyini deyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar