SON XƏBƏRLƏR

Əsəd təslim oldu: “Suriya ilə Ərəb Birliyi arasında protokol imzalandı”

2021.10.20, 07:36
Əsəd təslim oldu: “Suriya ilə Ərəb Birliyi arasında protokol imzalandı”

Gunaz.tv

GünAz TV: Suriya ilə Ərəb Ölkələri Liqası (birlik) arasında Liqa tərəfindən təklif edilən sülh planı çərçivəsində müşahidəçilərin Suriyaya göndərilməsini nəzərdə tutan protokol imzalanıb.

 

Protokol Suriya xarici işlər nazirinin müavini Faysal Miqdadi ilə Ərəb Ölkələri Liqasının baş katibi Nebil El Arabinin başçılıq etdiyi heyət arasında imzalanıb. Bu barədə “Anspress” CNN Türk-ə istinadən xəbər yayıb.

 

Xatırladaq ki, bundan əvvəl Suriyanın xarici işlər naziri Valid Müəllim Suriya Ərəb Ölkələri Liqasının ölkəyə beynəlxalq müşahidəçilərin buraxılması təklifi ilə bağlı sazişi imzalamağa razılaşdığını bəyan etmişdi. Saziş Ərəb Ölkələri Liqasının planının ilkin variantı (seçənək) deyil, Suriyanın etdiyi düzəlişlərlərlə qəbul edilmiş sənəddir. Valid Muallim Ərəb Liqasının Dəməşqin tələb etdiyi düzəlişləri qəbul etdiyini bildirib. Suriya xarici işlər nazirinin sözlərinə görə, hökumət böhranın siyasi həllini istədiyi üçün Ərəb Liqasının xahişini qəbul edib. Valid Müəllim həmçinin bildirib ki, Suriya beynəlxalq müşahidəçilərin Dəməşqə girişinə icazə versə də, onlar üçün 1 ay müddətinə limit (məhdudiyyət) qoyulub. Suriyanın xarici işlər naziri qeyd edib ki, bu, Suriya ilə Ərəb Ölkələri Liqası arasında əməkdaşlığın başlaması üçün bir addımdır.

 

Qeyd edək ki, Suriya rəhbərliyi sazişi imzalamağa Qətərin paytaxtı Dohada aparılan danışıqlardan sonra razılaşıb. Ərəb Liqası Suriyada 5000-dən çox adamın ölümü ilə nəticələnmiş zorakılığa son qoyulması üzrə sülh planının qəbulu üçün artıq BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına müracət edəcəyi ilə hədələyirdi.

 

Suriyada bu gün baş vermiş toqquşmalarda azı 6 dinc sakinin öldürüldüyü xəbər verilir. Onlardan 3-ü Deraa, 3-ü isə əl-Quriyə şəhərinin sakinləridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar