SON XƏBƏRLƏR

Əhmədinejad Ermənistana səfər edəcək

2021.10.20, 07:36
Əhmədinejad Ermənistana səfər edəcək

Gunaz.tv

GünAz TV: İran Prezidenti Mahmud Əhmədinejad dekabrın (December) sonu-yanvarın (January) əvvəllərində Ermənistana səfər edəcək.

 

Əhmədinejad Ermənistana bu ölkənin prezidentinin dəvəti ilə səfər edəcək. Danışıqların gündəliyində ikitərəfli münasibətlərin müzakirəsi durur. Səfər iki günədək davam edə bilər. Bu barədə İranın "Asriran" saytı xəbər yayıb.

 

İran Prezidenti Ermənistana hələ yazda səfər etməyi planlaşdırsa da, sonradan bu, təxirə salınmışdı.

 

Əhmədinejadla Serj Sarkisyanın son görüşü 2011-ci ilin martında (March) Ermənistan prezidentinin Novruz bayramı ilə bağlı təntənələrdə iştirakı zamanı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar