SON XƏBƏRLƏR

Ankara Fransaya nümayəndə heyəti göndərdi

2021.10.20, 07:36
Ankara Fransaya nümayəndə heyəti göndərdi

Gunaz.tv

GünAz TV: Fransa parlamentində qondarma erməni soyqırımının tanınmasının inkar edilməsini qadağan edən qanun layihəsi ilə əlaqədar Türkiyə hərəkətə keçib.

 

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti Parisə gedib. Heyət qanun layihəsinin dekabrın (December) 22-si Fransa parlamentində səsverməyə qoyulmasından əvvəl bir sıra görüşlər həyata keçirəcək.

 

Volkan Bozkır Türkiyənin Fransa səfirliyində mətbuat konfransı keçirib. O bildirib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti bu gün Fransa parlamentinin xarici əlaqələr komitəsinin sədri Aksel Ponyatovski ilə görüşəcək. Sosialistlər partiyası və Türkiyə-Fransa dostluq qrupunun bəzi nümayəndələri ilə də danışıqlar aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar