“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
GünAz TV mətbuat mərkəzi Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (məcmə) nümayəndə heyətinin üzvü Azay Quliyevin “Modern.az” saytına verdiyi müsahibəsini olduğu kimi təqdim edir:
- Azay müəllim, İranla bağlı dünyanın super güclərinin nüyyəti ortadadır. Sizcə, Azərbaycan-İran münasibətlərini hazırkı vəziyyətini necə xarakterize etmək olar?
- Əvvəla onu deyim ki, rəsmi əlaqələrdə İranla münasibətlər sanki rəvan getdiyi görünsə də, bəzən bizə qarşı İran tərəfinin açıq şəkildə təhdidləri görünür. Hamı bilir ki, bu gün İran Azərbaycanın müstəqilliyini tam şəkildə həzm edə bilmir. Məhz bu səbəbdən də İran bizim ərazimizi işğal edən Ermənistana ciddi dəstək göstərir. Ermənistana daxil olan ərzaq məhsullarının yüzdə 70 faizdən çoxu İran vasitəsi ötürülür. Bu gün Ermənistanın ayaq üstə dürmasında, iqtisadiyyatının bundan da pis vəziyyətə düşməməsində İranın xüsusi rolu var. Bu da bizi qıcıqlandırmıya bilməz. İranla biz tarixən bağlı olan bir dövlət olmuşuq, ortaq tariximiz var. Eyni zamanda, İran dünyada İslam həmrəyliyinin müdafiəçisi kimi çıxış edir. Hər iki cəhətdən baxdıqda Azərbaycanla münasibətdə İranın bunu nəzərə almadığı görünür. Əks halda İran da Türkiyə kimi Azərbaycanla həmrəylik nümayiş etdirib Ermənistanla sərhədləri bağlıyardı və ya Pakistan kimi işğalçı Ermənistanla hər-hansı bir diplomatik əlaqə qurmazdı. Amma əksinə, bu sərhədlər nəinki bağlanır, hətta buradan narkotik (müxəddir) maddələr daşınır. Eyni zamanda silahlı dəstələrin hazırlanması, Azərbaycanın işğal olunan ərazilərində olan inşaat materiallarını (məsaleh, məvad), tarixi, mədəni abidələrin dağıdılıb İrana aparılması və satılması halına İran nəinki göz yümür, hətta şərait yaradır. Biz bütun bu haqsızlıqlara baxmayaraq daim çalışmışıq ki, İranla mehriban qonşuluq və dostluq siyasətimiz olsun. İrana qarşı hər hansı təzyiqlər olsa, həmin prosesdə (sürəc) iştrak etməyək. Kifayət qədər misallar çəkmək olar. Son illər Azərbaycana təzyiqlər olunur ki, öz ərazisindən İranın vurulmasına şərait yaratsın. Ancaq Azərbaycan buna razılıq vermir. Halbuki bunun üçün ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa tərəfindən müəyyən şirinikləndirici təkliflər də var idi.
- İrana hərbi müdaxilə Azərbaycana nə vəd edir?
- İndi durum bir az fərqlidir və daha böhranlıdır. Azərbaycan BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qeyri daimi üzvüdür. Azərbaycan istəsə də, istəməsə də bu prosesdə müəyyən mövqe tutmalıdır. Azərbaycan həm də İranın qonşusudur, demək İranda baş verən hadisələr Azərbaycana təsirsiz ötüşməyəcək. Ona görə də biz çətin vəziyyət qarşısındayıq. İrana qarşı olan bu koalisyada (birlik, etilaf) yer alaqmı? Yoxsa almayaq? Düşünürəm ki, hər iki məqamın mənfi və müsbət tərəfləri var. Biz prinsip (əsl, ilkə) etibarilə həmişə atom silahının istehsalının əleyhinə olmuşuq. Ölkə olaraq bu prosesə qoşulmuşuq, Beynəlxalq Konvensiya (konvansiyon) imzalamışıq. O nöqteyi nəzərdən İranın atom bombası əldə etmək cəhdinə qarşı çıxmağımız təbiidir. Mənfi tərəfi odur ki, əgər İran əleyhinə olan kompaniyada yer alsaq Azərbaycana qarşı çox böyük təhlükələr olar. İran dəfələrlə bəyan edib ki, hansı ölkə bu prosesdə İranın əleyhinə çıxış etsə ilk növbədə həmin ölkənin özünü hədəfə alacaq və onun bütün strateji obyektlərini (əmakin, təsisat) bombalayacaq. Bura ilk növbədə Azərbaycan, Türkiyə, İsrail və s. ölkələr daxildir. Bu nöqtəyi nəzərdən də bizim birbaşa İrana qarşı iştrak etməyimiz düzgün sayılmaz. Digər tərəfdən, İrana hərbi müdaxilə nəticəsində milyonlarla soydaşlarımız sərhədi bu tərəfə keçərsə, çox böyük hümanitar (insani) fəlakət baş verə bilər. Bu barədə cənab Prezident İlham Əliyev də “Əl-Cəzirə” kanalında müsahibəsində bildirib. Yəni 30 milyon əhalinin tək 10 faizi sərhəddi keçərsə, baxaq, görək Azərbaycanda nə baş verəcək. Ona görə də Azərbaycanın bu gün İranın bombalanmasında iştrak etməsi, yaxud da bunu arzu etməsi bizə qətiyən sərf eləmir. Nəhayət, bura müharibənin yaratdığı ekoloji fəlakəti də əlavə etsək, bundan ilk növbədə zərər çəkən Azərbaycanın olacagını söyləmək çətin deyil. Bu üç məqama görə, hesab edirəm ki, Azərbaycan bu prosesi dəstəkləməməlidir.
- Bəs o zaman qərb müttəfiqlərlə Azərbaycanın münasibətləri korlanmayacaqmı?
- Məhz bu baxımdan mən müsahibənin əvvəlində Azərbaycanın çətin vəziziyyət qarşısında qaldığını söylədim. Çünki biz İrana görə qərblə starteji müttəfiqliyimizi də itirməməliyik. Xatırlatmaq istəyirəm ki, İraq, Əfqanıstan, Kosova məsələsində və xüsusilə antiterror koalisyasında Azərbaycan çox fəal rol oynadı və qərb müttəfiqlərinin daima yanında oldu. Amma qeyd etdiyim ölkələrin heç biri Azərbaycanla bir başa qonşu deyildi və İran qədər təhlükə yaratmırdı. Bu faktın özü və bütövlükdə ölkəmizin təklükəsizlik məsələsi qərb müttəfiqlərimiz tərəfindən mütləq nəzərə alınmalıdır. Düşünürəm ki, məhz bütün bu faktları və səbəbləri nəzərə aldıqdan sonra əminliklə söyləmək olar ki, Azərbaycan üçün indiki halda ən doğru qərar neytral (tərəfsiz) mövqe sərgiləməkdir. Xüsusilə də BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı biz tərəflərdən heç birini dəstəkləməməliyik. Düzdur, bəzi siyasi analitiklər (təhlilçi) hesab edirlər ki, bu, bir qızıl fürsətdir, biz bundan yararlanaq, bir növ bazarlıq edək. Xüsusilə də Qarabağ və digər məsələlrlə bağlı... ABŞ-a, Avropaya deyək ki, əgər siz bizim problemimizi həll etməyə kömək etsəniz və konkret (açıq, müşəxxəs) addım atsanız biz də sizin yanınızda olarıq. Mən bu fikirlərə o qədər də ciddi yanaşmıram və inanmıram ki, Qərb və Amerika Rusiya faktorunu nəzərə almadan Qarabağ məsələsində birmənalı şəkildə bizi müdafiə etsin. Həm də biz belə vədləri çox eşitmişik. Xüsusilə Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarı və nəqlində və s. digər məsələlərdə biz həmişə qərbin marağını nəzərə almışıq. Amma təssüflər olsun ki, Avropa verilən vədlərin heç birini yerinə yetirməyib. Artıq bizim acı təcrübəmiz bunu göstərir ki, biz belə bir risqə getməməliyik. Bu, olduqca riskli bir haldır və bizə çox baha başa gələ bilər.
- Bəlkə bu məsələ həm də bizə cənublu soydaşlarımızla birləşmək fürsəti verəcək?
- Mən hesab edirəm ki, indiki halda Cənubi və Şimali Azərbaycanın birləşməsi real deyil, heç mümkün də deyil, hətta bunun üçün tarixi şəraitdə tam şəkildə yetişməyib. Əvvala ona görə ki, 200 illik ayrı-ayrılıqda yaşamağımız bizim bir çox sahələrdə həm mentalitetimizdə (mentality), həm yaşam tərzimizdə, həm də dünya görüşümüzdə, düşüncəmizdə ciddi fərqlərin yaranmasına səbəb olub. Hesab edirəm ki, sırf mədəni, psixoloji (rəvani) uyğunlaşma baxımından da çox böyük fərq var. Bunun üçün isə bu proses birdən-birə deyil, mərhələli olmalıdır. Məncə, ən yaxşı variant (şans) Cənubi Azərbaycana İranın tərkibində qalmaq şərtilə böyük bir müxtariyyatın verilməsi ola bilər. Yəni özünün parlamenti olsun, Konstitusiyası (anayasa), qanunları olsun. Cənubi Azərbaycanda sodaşlarımız özünü sərbəst şəkildə ifadə etmək hüququnu, öz müqəddaratını təmin etmək hüququnu əldə edə bilərlərsə bu indiki mərhələ üçün ən doğru qərar və tarixi nailiyyət olar.
- Rusiyanın bu məsələdə rolunu necə gürürsünüz?
- Şübhəsiz ki, Rusiyanın bu məsələdə öz marağı var və o hələlik İrana qarşı hərbi müdaxilənin əleyhinə çıxır. Ola bilsin ki, Rusiyada hazırda baş verən hadisələr onun mövqeyində sonralar müəyyən dəyişiklər etsin. Yəni başı özünə qarışan. Rusiya rəhbərliyinin geosiyasi (jeoplitik) məsələlərdə mövqeyi zəifləyə və bununla da öz hakimiyyətlərini qorumaq üçün qərblə müxtəlif məsələlərdə, xüsusilə İran məsələsində bazarlığa gedə bilərlər. Bu baxımdan düşünürəm ki, hazırda bizim regionda (bölgə) baş verən çox ciddi və mürəkkəb proseslər hadisələrin sonrakı gedişini tam və dəqiq praqnozlaşdırmağa (öngörmək) xeyli çətinlik yaradır. Çox istərdik ki, yeni formalaşan beynəlxalq və tarixi şərait Azərbaycan üçün, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin maraqlarımıza uyğun şəkildə həlli üçün əlavə imkanlar yaratmış olsun. Amma bunun əksinə də hazır olmalıyıq.
- Ümumiyyətlə, siz cənubdakı soydaşlarımızın aktivliyini necə qiymətləndirisiniz?
- Açıq deyim, İrandakı soydaşlarımızın aktivliyini qənaətbəxş hesab etmirəm. Düzdür, bizim orada çox dəyərli və qeyrətli bacı-qardaşlarımız var. Hər cür məhrumiyyətlərə dözən və öz iradəsindən dönməyən bacı-qardaşlarımız... Amma onlar azlıq təşkil edirlər. Kütləvi olsaydılar ən azı İranın Qarabağa yardımının qarşısı alınardı. Görünür hakimiyyət bu məsələlərə çox ciddi şəkildə nəzarət edir. Baş qaldıranların hamısı qəddarcasına cəzalandırılır. Buna baxmayaraq İranda hadisələrin kəskin şəkildə dəyişməsi və bu proseslərin önündə bütün əzilən xalqların nümayəndələrinin olmasının bir zaman məsələsi olduğu qənaətindəyəm.
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir