SON XƏBƏRLƏR

Türkiyədə Güney Azərbaycana dəstək yürüşü keçirilib

2021.10.20, 07:36
Türkiyədə Güney Azərbaycana dəstək yürüşü keçirilib

Gunaz.tv

GünAz TV: Türkiyənin Eskişehir şəhərində yaşayan azərbaycanlılar yürüş keçiriblər. Onblar, İranın antitürk və antiazərbaycan siyasətini “21 Azər” hərəkatının növbəti ildönümü ərəfəsində şiddətlə qınayıblar.

 

Yürüşdə Eskişehir azərbaycanlılar Dərnəyinin üzvləri, Güneyli siyasi fəallar və bir qrup Quzey azərbaycanlı öyrənci iştirak ediblər.  Yürüşə 50-yə yaxın soydaşımız qatılıb.

 

Eskişehrin Yeddilər parkından başlanan yürüş şəhərin mərkəzinə qədər davam edib. Məqsəd 35 milyondan çox azərbaycanlının məruz qaldığı hüquq pozuntularına, fəalların həbsinə, ədalətsiz məhkəmə qərarlarına etiraz olub. Aksiyada siyasi məhbusların fotoları nümayiş etdirilib, onların dərhal azadlığa buraxılması tələb edilib.

 

Yürüş “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Ankara-Bakı-Təbriz, birlikdə güclüyük biz!” şüarları altında keçirilib.

 

Yürüşün sonunda Güneyli siyasi fəal Cavad Abbasi tərəfindən qətnamə oxunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar