SON XƏBƏRLƏR

İran Amerikaya casusluq edən şəxsi tutduğunu deyir

2021.10.20, 07:36
İran Amerikaya casusluq edən şəxsi tutduğunu deyir

Gunaz.tv

GünAz TV: İranın Kəşfiyat və Milli Təhlükəsizlik Nazirliyi şənbə günü Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin casusunun tutulması barədə məlumat yayıb.

 

Əslən İrandan olan agent (amil, casus) casusluq üzrə bir neçə mərhələdə təlim keçib. Bu barədə "Trend" İranın Mehr xəbər agentliyinə (ajans)  istinadən xəbər yayıb.

 

Nazirliyin verdiyi məlumatda vurğulanır ki, casus ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Əfqanıstandakı Baqram bazasına (payqah) gəldikdən sonra oradan İrana qayıdana qədər İranın Kəşfiyat Nazirliyi tərəfindən izlənib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusunun İranda tutulması ABŞ hökumətinə göstərdi ki, İrana qarşı hər bir casus əməliyyatı amerikalılar üçün "alçalma" ilə sona catacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar