SON XƏBƏRLƏR

Rusiyadan İrana gözlənilməz zərbə: “Moskvadan Tehrana aparılan radioaktiv maddələr tutuldu”

2021.10.20, 07:36
Rusiyadan İrana gözlənilməz zərbə: “Moskvadan Tehrana aparılan radioaktiv maddələr tutuldu”

Gunaz.tv

GünAz TV: Rusiyanın gömrük rəsmiləri Moskvada yerləşən hava limanlarından (frudqah) birində İrana aparılması planlaşdırılan radioaktiv materiallların (məvad) ələ keçirildiyini açıqlayıb.

“Reuters” xəbər agentliyi isə Rusiya Federal Gömrük İdarəsinin əməkdaşlarının Moskvanın Şeremetyevo hava limanında İranın paytaxtı Tehrana uçmaq istəyən bir sərnişinin baqajından (yük) radioaktiv maddələr aşkarlanaraq götürdüyünü vurğulayıb. “İnterfaks” agentliyi yoxlamadan sonra aşkarlanan maddənin “radioaktiv natrium” (radioaktiv sodyom) olduğunu bildirib.

Aşkarlanan maddənin yalnız nüvə reaktorunun əldə olunmasında istifadə edilən “Natrium-22” maddəsinin pozitron (proton) parçalar yaydığı və olduqca uzun müddət saxlana bildiyi deyilir. Rusiyalı rəsmilər hadisə ilə bağlı istintaq başlandığını və radioaktiv maddələrin prokurorluğa (dadistani) göndərildiyini açıqlayıblar.

Tehran rejimiylə yaxın əlaqələrə malik olan Rusiya Buşehr şəhərində İranın ilk nüvə stansiyasını (niruqah) inşa edib. Qərb ölkələrinin narahatlıqlarına baxmayaraq Moskva bu günə qədər İranın nüvə silahı əldə etməyə çalışdığı haqda iddiaları dəstəkləmirdi. Ekspertlərin fikrincə, Rusiyanın bu addımı Moskvanın İrana görə Qərblə gərginlik istməməsindən qaynaqlanır.

Bu arada Cənubi Koreya hökuməti apardığı nüvə fəaliyyətinə görə İrana yeni sanksiyalar (təhrim) tətbiq edib. Ötən gün Cənubi Koreyanın maliyyə naziri bəyanat yayaraq İranın neft və qaz sektoruna (bəxş, bölüm) hər hansı kapital qoyuluşunun qadağan edildiyini, İranın nüvə proqramı ilə əməkdaşlıq edən və ona yardım göstərən 99 qrupa və 6 şəxsə sanksiya qoyulduğunu bildirib. Cənubi Koreyanın maliyyə naziri deyib ki, ölkəsi İrandan aldığı neftin pulunu milli valyuta (pul, ərz, döviz) ilə ödəmək üçün İranın Mərkəzi Bankının Cənubi Koreya banklarındakı bank hesablarını hələlik açıq saxlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar