SON XƏBƏRLƏR

Suriyanın daxili işlər nazirinin qaçdığı deyilir

2021.10.20, 07:36
Suriyanın daxili işlər nazirinin qaçdığı deyilir

Gunaz.tv

GünAz TV: Suriyada gündəm ölkənin daxili işlər naziri Məhəmməd əş-Şəarın müəmmalı şəkildə aradan çıxmasıdır.

Mövzu ilə bağlı xəbərlərdə əş-Şəarın sözügedən posta ölkədə nümayişlər başlandığı vaxt təyin edildiyi bildirilib. Naziri ölkədən qaçmasına dair xəbərlər isə artıq ölkədə müzakirə mövzusuna çevrilib.

Xəbərlərdə nazir əş-Şəarın Suriya lideri Bəşər Əsədin ABŞ-ın (Amerika Birləşmiş Ştatları) “Ey-Bi-Si” telekanalına verdiyi və böyük rezonans doğuran müsahibəsindən sonra aradan çıxdığı öz əksini tapıb.

Xarici KİV (kütləvi informasiya vasitələri) Suriyada bundan əvvəl də ölkənin müdafiə naziri Əli Həbibin öldürülməsinə dair xəbərlərin yayıldığını, ancaq bir qədər sonra xəbərin həqiqəti əks etdirmədiyinin məhz elə nazirin özü tərəfindən bəyan edildiyini yazıb. Xəbərlərdə bununla belə əş-Şəarın yoxa çıxmasına dair xəbərlərin yayılmasından sonra belə xəbərin nə təkzib, nə də təsdiq edildiyi vurğulanaraq, nazirin ölkədən qaçmasının istisna edilmədiyi qeyd edilib.(azadlıq.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar