SON XƏBƏRLƏR

Hulusi Kılıç: “Azərbaycan Türkiyə iqtisadiyyatına 10 milyard dollar yatırıb”

2021.10.20, 07:36
Hulusi Kılıç: “Azərbaycan Türkiyə iqtisadiyyatına 10 milyard dollar yatırıb”

Gunaz.tv

GünAz TV: Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç söyləyib ki, “Bu il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artaraq 3 milyard dollara çatıb.”

“Bu il İzmirdə keçirilən Strateji Əməkdaşlıq Şurasının toplantısı 2011-də Azərbaycan-Türkiyə münasibətləri kontekstində (context)  önəmli hadisələrdən biri olub”. Bu fikirləri dünən ilin sonuna həsr edilmiş mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç söyləyib. İqtisadi münasibətlərə toxunan səfir Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə yatırmasını çox müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu günə kimi enerji sektoru (bölüm, bəxş) da daxil olmaqda, Azərbaycan Türkiyə iqtisadiyyatına 10 mlrd. dollar sərmayə yatırıb.

Başa çatmaqda olan il ərzində çoxlu sayda ikitərəfli səfərlərin olduğunu xatırladan səfir dövlətlərarası əlaqələrin bütün sahələrdə inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, bu il ölkələr arasında ticarət dövriyyəsinin həcmi bir qədər də artaraq 3 milyard dollara çatıb: “Hər gün Bakıdan İstanbula və əks tərəfə 6 aviareys (uçuş, pərvaz) həyata keçirilir. Bu, sıx münasibətlərimizin bir göstəricisidir”.

 Səfir gələn il Bakıda Strateji Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini deyib: “Bu, çox mühüm toplantıdır. Bundan savayı Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsini gözləyirik. Enerji sahəsində yeni inkişaf gözləyirik”. Anspress

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar