SON XƏBƏRLƏR

Azərbaycanlı fəal aşıq Əkbər Hüseynpur azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal aşıq Əkbər Hüseynpur azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal aşıq Əkbər Hüseynpur 4 ay həbsdən sonra Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Hüseynpur avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan təxminən 30 nəfərdən biridir.

 

Məlumata görə, azərbaycanlı fəal həbsdə qaldığı müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb və məmurlar tərəfindən təhqir edilib.

 

Xatırladaq ki, Təbrizin inqilab məhkəməsi adını çəkdiyimiz azərbaycanlı fəal və iftar mərasimi zamanı tutulanların 14 nəfəri barədə 4 ay həbs və 20 gün şərti (asılı, təliqi) həbs qərarı çıxarıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar