SON XƏBƏRLƏR

ETİRAZ ÜÇÜN NEW YORKDA TOPLAŞAN ERMƏNİLƏR, AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRLƏRİNDƏN CAVABLARINI ALDILAR

2021.10.20, 07:36
ETİRAZ ÜÇÜN NEW YORKDA TOPLAŞAN ERMƏNİLƏR, AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRLƏRİNDƏN CAVABLARINI ALDILAR

Gunaz.tv

Günaz TV: Azerbaycan Respublika başqanı May ayının 4-ü tarixində, İlham Aliyevin Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının dövr başçılığını götürmək üçün New Yorkda Birləşmiş Millətlərə gəlişini bir qrup Erməni etirazla qarşılamaq istədilər. Əllərində bayraqlarla onlara cavab verən Türk və Azərbaycanlılar arasında etiraz dueli yaşandı. Birləşmiş Millətlər Binası qarşısında toplanan kiçik bir qrup Erməni, burada Türkiyə və Azərbaycan əleyhdarı şüarlar atıb, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının dövr başçılığı vəzifəsini ABŞdan götürmək üçün New Yorkda olan İlham Aliyevi etiraz etdi. Ermənilərə cavab vermək üçün iki küçə kənarda olan Dag Hammarjskold Parkda nümayiş etmə icazəsini alan bir qrup Türk və Azərbaycanlı, daha sonra BM önünə, Ermənilərin etiraz etdiyi yerin tam qarşısına gedərək hərəkətlərini davam etdirdi. BM qarşısında, qarşılıqlı iki səkidə meydana gələn etiraz duelində, iki qrup arasında şifahi sözləşmə olmuşdur. Azərbaycanlı və Türkiyə dərnək məsulları onların bu işini qınamışlar. Türkiyəli Türkləri və Azərbaycan Türkləri, “Armenia is occupant”, “Armenia, get out of Azerbaijan”, “Armenia, get out of Kharabakh”, ““Armenia is babykiller”, “We want justice”, “We will not forget Khojali”, “UN, stop implementing your resolutions” kimi şüarları səsləndirmişlər.

video linki : http://webtv.hurriyet.com.tr/2/31808/0/1/new-york-ta-ermeni-ve-azerilerin-protesto-duellosu.aspx

 

Mehriban Nasibova, Columbia Universitetinin magistri New York, ABŞ m.r

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar