SON XƏBƏRLƏR

“26 Azər”də hər azərbaycanlı bir kitab hədiyyə edəcək

2021.10.20, 07:36
“26 Azər”də hər azərbaycanlı bir kitab hədiyyə edəcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda dekabrın 17-də (Azərin 26-da) milli haqlar zəminində daha bir addəm atılacaq. Bu gün hər azərbaycanlı öz soydaşına türk dilində yazılmış bir kitab hədiyyə edəcək.

 

1945-ci ildə Azərbaycanda milli hökumət (21 azər Hərəkatı) quruludu və bir il sonra pəhləvi şahının muzdur ordusu xarici güclərin yardımı ilə həmin hökuməti yıxdı. Milli hökumət yıxıldıqdan sonra Azərbaycanda faciəli günlər başladı.

 

Həmin faciələrdən biri Azərbaycanın mədəniyyət və milli dəyərlərinə olan hücum idi. Fars şovinizmi əcdadları Əhmənilər (həxamənişilər) və sasanilər dövrü kimi türkün tarix, mədəniyyət və ədəbiyyatına aid bütün əsərləri yandırmaqla İranda ancaq fars dilinin yaşaya biləcəyi hədəfini ortaya qoyub və bütün dillər məhv edilərək sıradan çıxacağı mesajını verdilər. Azərbaycan türk milləti isə bununla heç zaman barışmadı və mübarizə hələdə davam etməkdədir.

 

Güney Azərbaycanın milli saytlarının yaydığı məlumatda deyilir ki, “həmin günün növbəti ildönümündə (dekabrın 17-i , azərin 26-ı) hər bir azərbaycanlı öz soydaşına türk dilində yazılmış bir kitab hədiyyə edəcək.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar