SON XƏBƏRLƏR

Mirhüseyn Musəvinin seçki qərargahının rəhbəri olmuş azərbaycanlı siyasi fəal azadlıqdan məhrum edildi

2021.10.20, 07:36
Mirhüseyn Musəvinin seçki qərargahının rəhbəri olmuş azərbaycanlı siyasi fəal azadlıqdan məhrum edildi

Gunaz.tv

GünAz TV: Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı siyasi fəal Yaqub Məlekini 10 il müddətinə azadlıqdan məhrum edib.

 

Yaqub Məleki İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiyi üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Azərbaycanlı siyasi fəal xarici ölkələrlə əməkdaşlıqda ittiham olunub.

 

Qeyd edək ki, Yaqub Məleki ölkədəki prezident seçkilərində müxalifət düşərgəsindən prezidentliyə əsas namizədlərdən biri olmuş və hazırda ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin Urmiya şəhərindəki seçki qərargahının rəhbəri olub. 8 il İran-İraq müharibəsində iştirak etmiş azərbaycanlı siyasi fəal ixtisasca hərbi pilotdur (xələban) və ABŞ-da (Amerika Birləşmiş Ştatları) təhsil alıb. Apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar