SON XƏBƏRLƏR

Bəhreyndə yenə ara qarışıb

2021.10.20, 07:36
Bəhreyndə yenə ara qarışıb

Gunaz.tv

GünAz TV: Bəhreyn müxalifəti paytaxta yürüş etdi. Paytaxta daxil olmaq istəyən etirazçılarla polis arasında qarşıdurma yaşandı.

 

Bahreynin paytaxtı Manamaya doğru yürüş edən minlərlə müxalifət tərəfdarı polis zorakılığına məruz qalıb. Nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edən polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

 

Paytaxtdan qərbdə yerləşən Diraz qəsəbəsi və müxalifətin qalası rolunu oynayan bəzi qəsəbələrdə qarşıdurma hallarının baş verdiyi bildirilir. Bahreyn bayraqları daşıyan minlərlə etirazçının Budeya qəsəbəsindən paytaxta daxil olmağa çalışdığı xəbər verilib. Müxalifət təşkilatları etirazçılara son günlər internet vasitəsilə Manamaya gedən yolu tutmaqla bağlı çağırışlar edib.

 

Qeyd edək ki, Bahreynde şiə əksəriyyəti iqtidarda olan sünni azlığa qarşı aylardır nümayişlər keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar