SON XƏBƏRLƏR

Amerika İraqdakı müharibəni rəsmi olaraq başa çatdırdı

2021.10.20, 07:36
Amerika İraqdakı müharibəni rəsmi olaraq başa çatdırdı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dünən İraqdakı hərbi əməliyyatı rəsmi olaraq başa çatdırdı.

Dünən Bağdadda Amerikanın artıq keçmiş bazalarından (payqah) birində İraqdakı qoşunlarının komandanı (fərmandeh) Lloyd Ostin ABŞ-ın bayrağını endiri. Bu da ölkədə 9 ilə kimi davam etmiş müharibəyə son qoyulduğu deməkdir. 

 

İndi iraqlılar öz ölkələrini müstəqil şəkildə idarə etməlidirlər, - deyə, mərasimdə iştirak edən pentaqon rəhbəri Leon Panetta bildirib. – Bundan sonra İraq özü terrorçularla müharibə aparacaq və digər çağırışlara qarşı müqavimət göstərəcək”.

 

Qeyd edək ki, müharibə illərində İraqda 5 minədək koalisiya (etilaf, birlik) hərbçisi həlak olub. Onlardan 4,5 min nəfəri amerikalılardır. İraq ordusu və polisinin itkiləri 10 min nəfəri ötüb. Müxtəlif məlumatlara görə, dinc əhali arasında itkilər 60 mindən 100 minədək təşkil edib.

 

Hazırda İraqda 4 minə yaxın amerikalı hərbçi qalır və ilin sonuna onlar Küveytdə yerləşdiriləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar