SON XƏBƏRLƏR

Cavad Şəfaəti Ettelaat tərəfindən təhdid edilib

2021.10.20, 07:36
Cavad Şəfaəti Ettelaat tərəfindən təhdid edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallardan birinin Ettelaat (İran Kəşfiyyat Nazirliyi) tərəfindən təhdid edildiyi bildrilir.


Məlumata görə, Ettelaat əməkdaşları Cavad Şəfaətiyə zəng edərək onu yaxalamaqla təhdid ediblər.


Yanvarın 17-dən başlayaraq zəng edən məmurlar telefon danışığında fəalın ünvanına təhqiramiz və əxlaqsız söyüşlər dilə gətiriblər.


C.Şəfaəti bir neçə ay əvvəl də Ettelaat İdarəsinə çağırılaraq sorğu-suala tutulmuşdur.


Azərbaycanlı milli-mədəni fəallara qarşı ağır hökmlər çıxarmaq üçün davamlı olaraq İran məhkəmələrinə təzyiq göstərən Ettelaat İdarəsi fəalların Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə təhqir, təhdid və aşağılama kimi üsullara əl atır.


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar