SON XƏBƏRLƏR

Suriya hökuməti hərbçilərə müxalifləri öldürmək və işgəncə etmək icazəsi verib

2021.10.20, 07:36
Suriya hökuməti hərbçilərə müxalifləri öldürmək və işgəncə etmək icazəsi verib

Gunaz.tv

GünAz TV: Suriyada təhlükəsizlik qüvvələri yenə mülki vətəndaşlara atəş açıb.

Xums, Dera və İdlib şəhərlərində tankların da dəstəyi ilə keçirilən əməliyyatlarda 17 dinc vətəndaş öldürülüb.

Derada hökumət qüvvələri ilə müxalifətin sıralarına keçən əsgərlər arasındakı atışmada isə 27-dən çox əsgər və təhlükəsizlik əməkdaşı ölüb.

Mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqlarının Monitorinqi (nəzarət) Mərkəzi ölkədə insan haqlarının pozlmasına dair 88 səhifəlik hesabat açıqlayıb.

Suriya ordusunu və kəşiyyat xidmətini tərk edən 60 nəfərlə aparılan müsahibəyə əsaslanaraq hazırlanan hesabata görə, suriyalı komandanlara (fərmandeh) müxalifləri öldürmək və onlara işgəncə vermək icazəsi verilib. Hesabatda insan haqlarının pozulmasında günahlandırılan 74 komandir və rəsmi şəxsin adı da açıqlanıb. Prezident Bəşər Əsadın da bu hallardan xəbərdar olduğu vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar