SON XƏBƏRLƏR

Amerika məxfi şəkildə İranı izləməyə davam edəcək

2021.10.20, 07:36
Amerika məxfi şəkildə İranı izləməyə davam edəcək

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müdafiə naziri Leon Panetta elan edib ki, pilotsuz (xələbansız) uçan aparatların (PUA-dəstqah) köməyi ilə İranın izlənilməsi proqramı “tam dəqiq” davam etdiriləcək.

Bu barədə İsrailin “Yediot Axronot” qəzeti yazıb.

Onun sözlərinə görə, hətta müəyyən edilməmiş səbəblərdən iranlıların əlinə keçmiş superməxfi RQ-170 təyyarəsinin itirilməsi də buna mane olmayacaq.

“Yönəldikləri yerinə yetirilməmiş vəzifələri təhlükəyə qoymamaq üçün bu uçuşları davam etdirmək lazımdır” – deyə, bildirən nazir, hansı vəzifələrin nəzərdə tutulduğunu dəqiqləşdirib.

Bununla yanaşı, Panetta, itirilmiş PUA ilə nə baş verdiyi barədə danışmayaraq, iranlıların belə aparatın idarəsini ələ keçirmək imkanları barədə sualları cavablandırmaqdan imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar