SON XƏBƏRLƏR

“Əl-Cəzirə” telekanalı: “Xameneyiyə sui-qəsdin təşkilində şübhəli bilinən bir sıra yüksək vəzifəli SEPAHilər tutuqlanıb”

2021.10.20, 07:36
“Əl-Cəzirə” telekanalı: “Xameneyiyə sui-qəsdin təşkilində şübhəli bilinən bir sıra yüksək vəzifəli SEPAHilər tutuqlanıb”

Gunaz.tv

GünAz TV: İran polisi “İslam İnqilabı Keşikçiləri” Korpusunun (İİKK-SEPAH) bir sıra yüksək vəzifəli komandirlərini (fərmandeh) həbs ediblər.

 

Gün.Az-ın Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “əl-Cəzirə” telekanalı xəbər yayıb.

 

Məlumata əsasən, həbs edilənlər İranın ali rəhbəri Əli Xameneyiyə sui-qəsdin təşkilində şübhəli bilinirlər. Həbs olunanlar arasında baş tutmamış sui-qəsd qurbanının oğlu Müctəba Xameneyi də var.

 

Telekanalın verdiyi xəbərə görə, adları açıqlanmayan İİKK komandirləri Əli Xameneyini təkidlə noyabrın (November) 12-də Tehran ətrafındakı hərbi bazanı (payqah) ziyarət etməyə dəvət edirdilər. Qeyd edək ki, həmin gün adı çəkilən hərbi bazada baş vermiş güclü partlayış 17 nəfərin həyatına son qoymuşdu. O zaman ölkənin raket proqramına görə məsuliyyət daşıyan general Həsən Müqəddəm də həlak olmuşdu.

 

Müctəba Xameneyi ictimai şəxs olmasa da, ölkə prezidenti, atasının son illər kəskin siyasi mübarizə apardığı Mahmud Əhmədinejadın ən ardıcıl tərəfdarlarından biri hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar